Sosial 

“Bəziləri sensasiyalı xəbərlərlə reytinq arxasınca qaçırlar” – AÇIQLAMA

Bəzən sosial şəbəkələrdə mənbəyi məlum olmayan, qeyri-rəsmi xəbərlər yayılır. Bu dezinformasiyalar sensasiya xarakterli olmaqla insanlar arasında ajiotaj yaradır.

Mövzu ilə bağlı Razi Nurullayev Sonxeber.az-a açıqlama verib:

“Hazırda internet elə bir şərait yaradıb ki, hər kəs daha çox baxış toplamaq istəyir. Azərbaycandakı oxucuların bəziləri isə daha çox sensasiya xarakterli məlumatlara üstünlük verirlər. Bəziləri isə bundan sui-istifadə edərək, dövlətin maraqlarını, insanların təhlükəsizliyini unudaraq, bu cür sensasiyalı xəbərlərlə reytinq arxasınca qaçırlar. Bu cür addımlara heç bir halda icazə vermək olmaz. Bəzən Azərbaycanla bağlı yalan məlumatların verilməsi düşmənin dəyirmanına su tökür. Belə hallara yol vermək olmaz. Bu cür addımlar müşahidə olunduqda dövlət tərəfindən xəbərdarlıq edilir və həmin şəxs cəzalandırılır. Bəzən bu addımlar siyasi marağı olan şəxslər tərəfindən bilərəkdən atılır. Lakin belə “üsullar”dan istifadə etməyi ən iyrənc addım hesab edirəm. Hər kəsi bu cür iyrənc hərəkətlərdən və onları edən şəxslərdən uzaq durmağı səsləyirəm”.

Daha çox xəbərlər