Azərbaycanla Belarus arasında yeni sənəd təsdiq edilib
Azərbaycanla Belarus arasında yeni sənəd təsdiq edilib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” Müqavilənin təsdiq edilməsi məsələsinə baxılıb.
Müzakirələr zamanı deputatlar bu sənədin iki ölkə arasında əməkdaşlığın inkişafına xidmət edəcəyini qeyd ediblər. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

