Azərbaycanda tələbə faciəli şəkildə öldü
Bakıda tələbə yol qəzasında ölüb.
ARANTV.AZ xəbər verir ki, Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Bəhmən Musayev yol qəzasında həlak olub. Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qəzanın iyulun 8-də axşam saatlarında baş verdiyi bildirilir.
Qeyd edək ki, B.Musayev 2018-ci ildə BANM-a 690 balla qəbul olunub, Prezident təqaüdçüsü idi./Lent.az

