Dünya 

Türkiyədə heyvanlara qarşı zorakılıq cinayət hesab olunacaq

Türkiyə Böyük Millət Məclisi heyvanların qorunması ilə bağlı qanun qəbul edib.

ARANTV.AZ  Publika.az-a istinadla xəbər verir ki, yeni qərara əsasən, heyvanlara işgəncə vermək, onlara amansızlıq və qəddarlıq göstərmək, cinsi təcavüz etmək cinayət hesab olunacaq.

Heyvan sahiblərinin məsuliyyətləri genişləndiriləcək.

Ev heyvanını qəsdən öldürən şəxs 6 aydan 4 ilə qədər, cinsi təcavüz edənlər, işgəncə verənlər isə 6 aydan 3 ilə qədər həbs ediləcək.

Daha çox xəbərlər