Xocahəsən metrostansiyası nə vaxt istifadəyə veriləcək? – VİDEO
Bakının mikroiqlim şəraitinə uyğun yeni qatarlar hazırlanır.
ARANTV.AZ-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, 20 vaqon artıq Rusiyadan Azərbaycana yola salınıb. Gələn həftə qatarlar Bakıda olacaq. Mikroiqlim şəraitə uyğun hazırlanan qatarlarda sərnişin tutumu daha çoxdur. İçəridəki saydan asılı olmayaraq havanın təmizliyini tənzimləmə kimi yeniliyə malikdir.
Bəxtiyar Məmmədov onu da qeyd edib ki, Xocahəsən qəsəbəsində əhalinin sayının sürətlə artmasını nəzərə alaraq yeni stansiya fəaliyyətə başlayacaq.
Bəxtiyar Məmmədov həmçinin sərnişindaşımada qiymət artımı ilə bağlı metropoliten tərəfindən Tarif Şurasına müraciətin ünvanlamadığını da bildirib.

