Hadisə 

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda avtomobil 59 yaşlı kişini vuraraq öldürüb.

ARANTV.AZ  xəbər verir ki, hadisə gecə radələrində şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Sabirabad rayonunun Kürkənd kənd sakini, 1991-ci il təvəllüdlü Sadıqlı Kamran Asif oğlu idarə etdiyi “Hyundai” markalı “99 FF 519” dövlət nömrə nişanlı avtomobillə yolu keçən Sabirabad sakini, 1962-ci il təvəllüdlü Əsgərov Gülxan Balaxan oğlunu vurub. Sonuncu aldığı xəsarətlərdən xəstəxanaya çatdırılarkən yolda keçinib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Daha çox xəbərlər