Sosial 

Yetim Eyvazın oğlu intihar etməyib: “Sağ-salamatam”

Mərhum şair Yetim Eyvazın oğlu Aqşin Qurbanov intihar etməsi barədə yayılan məlumatı təkzib edib.

ARANTV.AZ  xəbər verir ki, A.Qurbanov Azxəbər.com-a açıqlamasında sağ-salamat olduğunu bildirib.

O, İnstaqram səhifələrində böhtan yazıldığını deyib və onlara inanmamağa çağırıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Yetim Eyvazın oğlu Aqşin Qurbanovun özünü yaşadığı evin 3-cü mərtəbəsindən ataraq həyatına son qoyduğu bildirilmişdi.

Daha çox xəbərlər