Sosial 

Bu yay Bakıda 29 nəfəri gün vurub

Yay mövsümündə günvurma şikayəti ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 29 nəfər müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, günvurmadan şikayət edən 10 nəfər hospitalizasiya edilib, 19 nəfərə isə yerində yardım göstərilib.

Müraciət edən 8 uşaqdan 3-nə yerində yardım edilib.

Məlumata əsasən, ötən həftə günvurma ilə əlaqədar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1 nəfər müraciət edib.

Daha çox xəbərlər