Bakıda üç avtomobil toqquşdu – FOTO
Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Zivərbəy Əhmədbəyov küçəsində qeydə alınıb.
Qəza zamanı Musa Əsgərovun idarə etdiyi “Hyundai” markalı avtomobil əvvəlcə VAZ-2109 markalı nəqliyyat vasitəsinə, daha sonra Məhəmməd Fərzəliyevin idarə etdiyi “Land Rover” markalı maşına çırpılıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.

