Barmaqdan çıxmayan dəmir halqa üçün FHN ÇAĞIRILDI
“112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilir ki, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.

