Azərbaycanda bu il nə qədər tibbi maska istehsal olunub?
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13,9 mln. ədəd tibbi maska istehsal edilib. Bu, illik müqayisədə 4 dəfə çoxdur.
ARANTV.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Təkcə iyun ayında ölkədə 1,5 mln. ədəd maska istehsal olunub ki, bu da may ayı ilə müqayisədə 42,3% azdır.
Qeyd edək ki, iyulun 1-nə ölkədə hazır maska ehtiyatı 2,5 mln. ədəd təşkil edib.

