Sosial 

Laləyə qarşı seksual hərəkətlər edən sürücü bölməyə çağırıldı

Xəbər verdiyimiz kimi, gənc aktrisa Lalə Süleymanova Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalıb.

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisanın şikayəti əsasında Xəyyam adlı taksi sürücüsü 17-ci Polis Bölməsinə çağırılıb.

“Polis əməkdaşları Xəyyam adlı sürücünü tapıb bölməyə gətirdilər. O, məndən üzr istədi. İzahatımı, şikayətimi diqqətə alıb, həmin şəxslə bağlı istintaq başladıldı.

O sürücünün qanun çərçivəsində cəzasını alacağına artıq əminəm”, – aktrisa instaqram hesabında yazıb.

Daha çox xəbərlər