Pakistanda dəhşətli qəza: 27 sərnişin həlak oldu – FOTO
Pakistanın şimal-şərqindəki Pəncab əyalətində sərnişin avtobusunun qoşqulu yük avtomobili ilə toqquşması nəticəsində azı 27 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, sərnişin avtobusu Rajanpur şəhərindən Sialkot şəhərinə doğru hərəkət edib.
#Pakistan🇵🇰 : At least 27 people were killed and over 30 others injured when a passenger bus collided with a trailer in Pakistan’s eastern Punjab province, local media reported Monday morning. pic.twitter.com/OjpRdr73VP
— Wᵒˡᵛᵉʳᶤᶰᵉ Uᵖᵈᵃᵗᵉˢ𖤐 (@W0lverineupdate) July 19, 2021

