Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin qələbəsidir
Yeni yaradılan Qarabağ iqtisadi rayonu sürətli inkişafa zəmin yaradacaq
Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı şərh edən xarici və yerli siyasi ekspertlər, bununla da ermənilərin status xəyallarının birmənalı şəkildə puç olduğunu xüsusi vurğulayırlar. Əslində İlham Əliyev bu fərmanı imzalamaqla Rusiya da daxil bütün qlobal güclərə mesaj ünvanlayaraq Qarabağla bağlı bütün həlledici məsələlərin, yalnızAzərbaycanınsiyasi iradəsi ilə həll ola biləcəyi faktını ortaya qoymuş oldu. Məlumdur ki, yeni fərmanla Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları ilə birgə yenidən Qarabağ iqtisadi rayonuna daxil edilib. Bəs, məlum fərman regionda hansı yeni iqtisadi-siyasi proseslərə rəvac verəcək? Xüsusilə, iqtisadçı ekspertlərin qənaətincə yeni fərman Azərbaycan iqtisadiyyatının şaxələnməsinə, və nəzərəçarpacaq inkişafına zəmin yaradacaq. Nəzərə alsaq ki, bu gün neft faktoru ölkə iqtisadiyyatında hələ də mühüm rol oynayır, o zaman yeni fərmanlaQarabağ iqtisadi rayonuna daxil edilmiş ərazilərin iqtisadi rentabelliyinin yüksək qiymətləndirilməsi müstəvisində Azərbaycanın neftdən asılılığının azaldılması istiqamətində yeni bir dönəmin baş verdiyini əminliklə demək olar. Zəfər dolu 44 günlük müharibə sayəsində azad edilmiş digər ərazilərin kənd təsərrüfatı, əkinçilik, xüsusilə turizm potensialının yüksək dəyərləndirilməsi fonunda Azərbaycan iqtisadiyyatında neft bumundan sonra yeni bir dönəmin başlandığı xüsusi qeyd edilməlidir.
Yeni fərmanın siyasi təsirlərinə gəlincə, Ermənistanın revanşist qüvvələri fərman imzalandıqdan dərhal sonra yenidən hay-küy salmağa başlayıblar. Bəs, əslində bu fərmanın Azərbaycanın siyasi həyatında hansı reallıqlara yol açacaq. Bu məqamda Prezident İlham Əliyevin bir müddət öncə işğaldan azad edilmiş Ağdam rayonunda 100 min əhalinin məskunlaşa biləcəyi nəhəng bir şəhərin salınması barədə ictimaiyyətə məlum açıqlamasına nəzər yetirək. Nəzərə alsaq ki, istər əhali, istərsə də infrastruktur baxımından ermənilərin əsas üstünlük təşkil etdiyi Xankəndi şəhəri regionda hər zaman avtoritet olub, o zaman, innovativ və digər müasir standartları ilə, hətta Avropa şəhərləri ilə müqayisə edilən 100 minlik Ağdam şəhərinin tikilməsi barədə qərararın əsl niyyəti başa düşüləndi. Daha aydın ifadə etsək Ağdam şəhərində belə bir nəhəng layihə gerçəkləşəndən sonra Xankəndiregionda öz dominantlığını itirəcək və tədricən ermənisiz bir Qarabağ gerçəkliyinin şahidi olacağıq. Düzdür, Rusiya bu məqamda Azərbaycanın əsl niyyətinin gerçəkləşməməsi üçün sülhməramlı missiya adı altında nə qədər dirənc göstərsə də öz məqsədinə çata bilməyəcək. Belə ki, məlumatlar var ki, indinin özündə Xankəndi və digər ərazilərdə yaşayan, xüsusən orta və nisbətən cavan nəslin nümayəndələrindən olan ermənilər Rusların hər cür müqavimətinə baxmayaraq regionu tərk edir və yaxud bu məqsədlərini gerçəkləşdirmək üçün bütün yollara əl atırlar. Belə ki, Azərbaycan əsgərlərinin müşahidələrindən çıxış etsək, ermənilər xüsusən gecə vaxtlarında Rusların nəzarətindən yayınaraq meşə və digər yollarla ərazini tərk edirlər.
Prezident İlham Əliyevin imzaladığı məlum fərmanda Şərqi Zəngəzur iqtisadi rayonun yaradılması barədə məqam da xüsusi önəm daşıyır. Bu məqamla, əslində Azərbaycan dövləti keçmişdə itirdiyi tarixi torpaqların taleyinə bu gün də biganə qalmadığını və hədəfə çatmaq üçün yeni zəmin yaratdığını ortaya qoyur. Daha dəqiq desək, gələcəkdə Qərbi Zəngəzur məsələsinin dəAzərbaycan tərəfindən masa üzərinə çıxarılacağı qaçılmaz gerçəklikdir. Təsadüfi deyil ki, 44 günlük zəfər müharibəsi ərzində Prezident İlham Əliyevin Zəngəzura qayıdış barədə işlətdiyiifadələrin canlı şahidi olduq. Bütün bu məqamları ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, artıq regionda yeganə və güclü söz sahibi Azərbaycan dövlətidir və xırda nüansları nəzərə almasaq, Dağlıq Qarabağın statusu Prezident İlham Əliyevin təbrincə desək, doğrudan da “cəhənnəm”ə getdi.Düzdür, Rusiya və digər ikili standartlardan çıxış edən xarici ölkələrin bu məsələdə dirənci qaçılmaz olacaq, lakin, xüsusən qardaş Türkiyə dövlətinin bütün müstəvilərdə yardımı və köməyi sayəsində Azərbaycan öz tarixi missiyasını uğurla yerinə yetirəcək. Qalib Ali Baş Komandan İlaham Əliyevin rəhbərliyi altında dünya böyük və güclü Azərbaycan dövlətinin intişarının şahidi olacaq. Bütün bu gerçəkliklər müstəvisində Ermənistanın qarşısında iki seçim qalmaqdadır. Ya Azərbaycana qarşı keçmişdən qaynaqlanan ərazi iddialarından əl çəkməli, yaxudda ki, bir dövlət kimi dünya xəritəsindən silinməlidir. Günbəgün qüdrətlənənən və gücü ilə qürur duyduğumuz Azərbaycan Ordusuna güvəncimiz bizlərdə bu əminliyi yaradır.
Şeyda Əzizova
“AranMedia” qəzetinin baş redaktoru

