Sosial 

DİN məlumat yaydı

DİN İsmayıllıda baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb

ARANTV.AZ  xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, İsmayıllıda münaqişə zəminində iki qardaş olan İlkin və Abuzər Tahirlinin bıçaqlanması faktı ilə bağlı hadisə şahidlərinin izahatları alınıb, Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (“Xuliqanlıq”) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti törədən şəxsin şəhər sakini Hafiz Ağazadə olduğu müəyyən edilib. Onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər saytlarında hadisə zamanı Cavid Əhmədov adlı İsmayıllı RPŞ-nin əməkdaşının həmin münaqişədə iştirak etməsi barədə informasiya yayılıb. Qeyd edək ki, polis şöbəsinin Post Patrul Xidmətində həmin adda əməkdaş xidmət aparmır. Həmin şəxsin kimliyi barədə araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək.

Daha çox xəbərlər