Gündəm 

Azərbaycan bu avtomobillərin istehsalını genişləndirməyi planlaşdırır

Azərbaycanda QAZ avtomobillərinin istehsalını genişləndirmək planlaşdırılır.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın “Müasir avtomobil texnologiyaları” şirkətinin direktoru Aleksey Slavin “Rusiya şirkətlərinin işgüzar missiyası” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, ölkədə avtobusların istehsalını başlamaq planlaşdırılır:

“Hazırda Azərbaycanda 7 QAZ modelinin istehsalı təşkil olunub, gələcəkdə isə biz istehsal portfelini genişləndirməyi və “Azərmaş” platformasında avtobusların buraxılışına başlamağı planlaşdırırıq”.O əlavə edib ki, bu ilin avqustunda ekoloji təmiz avtobusların təqdimatı nəzərdə tutulub, bu avtobuslar da Azərbaycana təqdim olunacaq.

Daha çox xəbərlər