Dünya 

Gürcüstanda daha 2460 yoluxma , 20 ölü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 460 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 398 081, xəstəlikdən ölənlərin sayı isə 5 656 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 370 565 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər