Ağdam istiqamətində artıq 20 km yol yatağı tikinti üçün hazırdır
Horadiz-Naxçıvan, Şuşa və Ağdam istiqamətlərində dəmir yol xəttinin çəkilməsi ilə bağlı işlər sürətlə davam edir.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
C.Qurbanov bildirib ki, Ağdam istiqamətində artıq 20 kilometr yol yatağı tikinti üçün hazırdır.
O qeyd edib ki, ərazilərin minalanması dəmir yolu infrastrukturunun yaradılmasını çətinləşdirən əsas səbəbdir. C.Qurbanov bildirib ki, dəmir yol xəttinin çəkilişi zamanı işçilər minaların üzərindən keçiblər: “Xöşbəxtlikdən mina partlamayıb”.

