Sosial 

Nazirlikdən obyekt sahiblərinə ÇAĞIRIŞ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimai-iaşə obyektlərinin sahiblərinə müraciət edib.

Qurumun Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Ramal Bağırov bildirib ki, son zamanlar tədbirlərin keçirilməsi ilə əlaqədar bəzi ictimai-iaşə obyektlərindən havaya tüstü və qoxunun yayılması ilə bağlı qonşuluqda yaşayan sakinlərdən çoxsaylı şikayətlər daxil olur:

“İaşə obyektlərinin sahiblərini havanı çirkləndirməməyə, yaxınlıqda yaşayan əhaliyə narahatlıq yaratmamağa və ekoloji pozuntulara yol verilməməsi üçün təmizləyici qurğulara vaxtında xidmət göstərməyə çağırırıq”, – deyə o bildirib.

Daha çox xəbərlər