İdman 

Azərbaycan nümayəndə heyəti paraddan keçdi

Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan keçib.

ARANTV.AZ xəbər verir ki, tədbirdə 27 nəfərlik heyət iştirak edib.

Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alıb.

Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb.

Qeyd edək ki, Tokio-2020-nin bağlanış mərasimi avqustun 8-də olacaq.

Daha çox xəbərlər