Rusiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var
Rusiyanın Xabarovsk diyarında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə yerinə xilasedicilərdən ibarət operativ qrup göndərilib.
Məlumata əsasən, Kalinka kəndi yaxınlığında baş verən qəza nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.
Bildirilir ki, xəsarət alan şəxs xəstəxanaya çatdırılıb, onun vəziyyəti barədə məlumat yoxdur.
Qəzanın səbəbi bildirilmir.

