Siyasət 

Fransalı deputatlar Ağdamda gördüklərindən çox təsirləniblər

“İşğaldan azad olunmuş Ağdamı, Cümə məscidini ziyarət edən zaman çox təsirləndik”.

ARANTV.AZ xəbər verir ki, bunu APA-ya Ağdamda səfərdə olan Fransa Milli Assambleyasının üzvü Jerom Lamber deyib.

Onun sözlərinə görə, 30 il əvvəl bu yerlərdə həyat olub, sonra müharibə zamanı ermənilər insanları bu yerlərdən qovub: “Bütün şəhər dağıdılıb. Biz inanırıq ki, artıq işğaldan azad olan bu ərazilərə insanlar yenidən qayıdacaq və şəhər bərpa olunacaq”.

Fransa Milli Assambleyasının digər üzvü Karol Büro-Bonnar Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Ağdam çox pis vəziyyətə salınıb. Amma inanıram ki, şəhər, Cümə məscidi yenidən bərpa olunacaq, insanlar yenidən bu yerlərə qaydacaq”, – deyə deputat qeyd edib.

Daha çox xəbərlər