Bakıda çoxmərtəbəli binanın 13-cü mərtəbəsində YANĞIN
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
ARANTV.AZ xəbər verir ki, binanın 13-cü mərtəbəsində ümumi sahəsi 116 m² olan mənzilin bir otağında 1 ədəd yataq dəsti yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner və 1 ədəd televizor əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

