Ermənistanda son sutkada COVID-1-a 250 yoluxma qeydə alınıb
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 250 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 228 632-yə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 5 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 584 nəfərə çatıb.

