20 yaşlı fransalı müdafiəçi “Qalatasaray”da – VİDEO
Türkiyənin “Qalatasaray” klubunun yeni transferi, 20 yaşlı fransalı müdafiəçisi Saşa Boey İstanbula gəlib.
“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, gənc futbolçunu “sarı-qırmızı” klubun rəsmiləri qarşılayıb.
Qeyd olunur ki, futbolçu tibbi müayinədən keçəndən sonra “Qalatasaray” klubu ilə rəsmi müqavilə imzalayacaq.

