Ceyhun Bayramov: “Azərbaycan və Serbiya arasında olan münasibətlər straterji tərəfdaşlıqdır”
“Azərbaycan və Serbiya arasında olan münasibətlər dostluq və strateji tərəfdaşlıqdır”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Nikola Selakoviç birgə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, ölkələrimiz arasında yüksək siyasi dialoq mövcuddur:
“Münasibətlərin inkişafında ölkə liderlərinin şəxsi münasibətləri çox vacib əhəmiyyət kəsb edir”.
O bildirib ki, münasibətlərimizin təməlində beynəlxalq hüququn fundamental prinsiplər dayanıb:
“Azərbaycan və Serbiya hər zaman qarşılıqlı münasibətlərdə beynəlxalq sərhədlərin toxunulmazlıq prinsipinə hörmət və dəstək ifadə edirlər. Biz beynəlxalq təşkilatlarda əməkdaşlıq imkanları və regional təhlükəsizlik barədə fikir mübadiləsi də aparmışıq”.

