Ağdamda faciəvi hadisə – ÖLƏN VAR
İyulun 25-də saat 1 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, Mirəşenli kənd sakini A.Quluyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini İlham Cəfərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Ağdam RPŞ tərəfindən araşdırma aparılır.

