Ermənistanda COVID-19-a yoluxanların sayı 228 910-a çatıb
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 112 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 228 910-a çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 3 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 590 nəfərə çatıb.

