Xəzər İbrahim Azərbaycanın ABŞ-dakı səfiri təyin edildi
Prezident İlham Əliyev X.Z.İbrahimin Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

