Yoluxma sayı 5 faizə qədər artıb – Yaqut Qarayeva
Son zamanlarda pozitiv nəticələrin payı 5 faizə qədər yüksəlib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Operativ Qərargahın növbəti brifinqində TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, qeyri-iş günlərində bəzi hallarda yolxma sayı aşağı düşür, bu da test nəticələri ilə əlaqədardır. Lakin bu rəqəmlər bizi aldatmamalı, daim diqqətli olmalıyıq:
“30-39 yaşlarda yoluxmanın yüksək olduğunu görürük. Cins nisbəti də təxminən eynidir. Ən çox yoluxma Bakıda, Binəqədi rayonundadır”.

