Bu il respublikada 43 partlayış hadisəsi baş verib

Bu il respublikada 43 partlayış hadisəsi baş verib

Bu il respublika ərazisində 43 partlayış hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin 2021-ci ilin I yarımilliyi üzrə statistik məlumatında qeyd olunub.

Bildirilib ki, bu göstərici 2020-ci ilin I yarımilliyi ilə müqayisədə 1 hadisə və ya 2% çoxdur. Partlayışlar zamanı 4 nəfər həlak olub, 43 nəfər xəsarət alıb.