Siyasət 

“Bakı bəyannaməsi”nin əsas prioriteti açıqlandı

“Parlamentlər arası əlaqələrin genişləndirilməsi “Bakı bəyannaməsi”nin əsas prioritet istiqamətlərindəndir”.

Bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop keçirdiyi mətbuat konfransında deyib.

TBMM sədri bildirib ki, beynəlxalq platformalarda birlikdə hərəkət etmək məsələsi bəyənnamədə yer alıb: “Azərbacanın deputatlarının yer almadığı beynəlxalq arenada Türkiyə deputatları qardaş ölkənin haqlarını müdafiə edir. İslamofobiya ilə bağlı mücadilədə birgə mübarizə aparmaq da əsas hədəflərdəndir. Bunlar ilk addımdır”.

“Report”

Daha çox xəbərlər