“Əksər müəllimlərin bilik vermək bacarığı müasir tələblərə bir o qədər cavab vermir” – RƏSMİ
“Aparılan təhlillərin nəticəsinə görə, müəllimlərin son 10 ildə bilik vermək bacarığının müasir tələblərə bir o qədər cavab vermədiyi müşahidə olunur”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin rəhbəri Nəzakət Mehdiyeva deyib.
Onun sözlərinə görə, son 3 ildə müəllimlərin ixtisasartırma təlimlərində tədris proqramlarında təkmilləşdirmələr aparılıb:
“Proqram dövrün tələblərinə uyğunlaşdırıldı. Mən deyə bilmərəm ki, bütün müəllimlər yeni proqramı öyrənir, lakin əksəriyyət bunun üçün çalışır. Arzu edərdim ki, namizədlərimiz yeni öyrənmə prosesinə qoşulsunlar”.

