Dünya 

Əfqanıstanda daşqın olub, 150 nəfər ölüb

Əfqanıstanın şərqində yerləşən Nuristan əyalətində baş verən daşqın nəticəsində azı 150 nəfər ölüb.

ARANTV.AZ  TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyət təmsilçisi məlumat verib.

Bildirilib ki, təbii fəlakət Pakistanla sərhəddə yerləşən Kamdeş qəsəbəsində gecə saatlarında baş verib.

Məlumata görə, daşqın nəticəsində 60-dan artıq yaşayış evi dağılıb.

Daha çox xəbərlər