Sosial 

Bu il ərzində neçə uşaq övladlığa verilib? – RƏSMİ

“2021-ci ilin 6 ay ərzində övladlığa götürülmə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə 182 müraciət daxil olub”.

ARANTV.AZ-ın məlumatına görə, bunu agentliyin sədri Vüqar Behbudov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müraciətlərdən 58-i müəssisədən olan uşaqlarla bağlı olub:

“Bu ilin altı ayında 28-i qız, 26-sı oğlan olmaqla 54 uşaq övladlığa verilib”.

O qeyd edib ki, 2020-ci ilin 6 ayında 31 uşağın ailələrinə reinteqrasiya edilməsi təmin edilib.

Daha çox xəbərlər