Psixoloji yardım göstərilən şəhid ailələrinin sayı açıqlanıb
Psixoloji yardım göstərilən şəhid ailələrinin sayı açıqlanıb.
ARANTV.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün keçirilən mətbuat konfransında deyib ki, 18 noyabr 2020-ci il tarixində ilk olaraq Gəncə, Bərdə, Tərtər, Yevlax, Ağdam rayonları istiqamətində psixoloji xidmətlərə başlanılıb. Daha sonra bütün ölkə ərazisi əhatə olunub.
Onun sözlərinə görə, 28 fevral 2021-ci il tarixinə kimi psixoloq və psixiatrlar tərəfindən 3 minə yaxın ailəyə səfər edilərək ailə üzvlərinə ilkin psixo-sosial dəstək göstərilib, ailə üzvlərinin psixoloji ehtiyacları müəyyənləşdirilərək onlarla davamlı psixoloji konsultasiyalar keçirilib. Onlardan 2 455-i hərbi şəhid ailəsi, 51-i mülki şəhid ailəsi, 445-i isə yaralı hərbiçilər və onların ailə üzvləri olub.

