PKK-nın İraqın şimalındakı 40 terror mövqeyi məhv edildi
Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı antiterror əməliyyatları zamanı PKK terror təşkilatının 40 mövqeyinin məhv edildiyini açıqlayıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələri (TSK) İraqın şimalındakı Kandil, Kara, Hakurk və Zap bölgələrində PKK terror təşkilatı tərəfindən istifadə olunan hədəflərə havadan zərbələr endirərək məhv edib.

