İranda 4.3 bal gücündə zəlzələ olub
İranda 4.3 bal gücündə zəlzələ olub.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, zəlzələ bu gün səhər yerli vaxtla saat 04:17-də Buşəhr əyalətinin Gənavə limanında baş verib. Yeraltı təkanlar yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

