Sosial 

“Deputat olmur, kim olur olsun, polisə əl qaldıra bilməz” – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Xaçmaz rayon deputatı Eldəniz Səlimov Nabranda polis əməkdaşına hücum edərək, onu döyüb.

Sakinlərin sözlərinə görə, həmin vaxt deputat sərxoş olub.

Qeyd edək ki, hazırda polis əməkdaşı işə çıxmır və Vilayət Eyvazov bu məsələni öz üzərinə götürüb.

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, heç kimin polisə əl qaldırmağa haqqı yoxdur:

“Deputat olmur, kim olur olsun, heç kimin polisə əl qaldırmağa haqqı yoxdur. Hətta polis ona əl qaldırsa belə, qarşılıq vermək olmaz. Bu halda polisin çalışdığı idarəyə gedib, onunla bağlı iddia qaldırmaq lazımdır”

Daha çox xəbərlər