Siyasət 

Növbədənkənar sessiyasının çağırılması üçün imzalar toplanıb

Milli Məclisin növbədənkənar sessiyasının çağırılması üçün imzaların toplanması prosesi başa çatıb.

ARANTV.AZ  xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin sədri Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır.

Beləliklə, müvafiq sayda imzalar toplandığı üçün Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının avqustun 3-də keçirilməsi planlaşdırılır. Bundan öncə isə avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclasının keçiriləcəyi barədə komissiya üzvləri məlumatlandırılıblar.

Daha çox xəbərlər