Türkiyədəki dəhşətli yanğından görüntülər – FOTO/VİDEO
Türkiyə 6 gündür meşə yanğınları ilə mübarizə aparır. Yanğınlar nəticəsində yüzlərlə yaşayış məntəqəsi yararsız vəziyyətə düşüb, bir çox vətəndaş evlərindən məhrum olub.
ARANTV.AZ xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 6 gündə 35 əyalətdə qeydə alınan 130 yanğın nəzarət altına alınıb. 7 mənqədə yanğınlar hələ də davam edir./BAKU.WS



