Əfqanıstanda aeroporta mərmi atılıb, uçuşlar dayandırılıb
Əfqanıstanda Qəndahar hava limanına 3 mərmi atılıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə hava limanının rəhbərliyi məlumat yayıb.
“İki mərmi uçuş zolağına ziyan vurub, buna görə hava limanından bütün uçuşlar dayandırılıb”, – məlumatda deyilir.

