Karapetyan yeni təyin olunduğu vəzifədən azad edildi
Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə nazirinin birinci müavini Arşak Karapetyanı vəzifədən azad edib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.
Qeyd edək ki, A.Karapetyan iyulun 20-də müdafiə nazirinin birinci müavini təyin olunmuşdu. Bundan əvvəl isə o, Baş qərargah rəisinin müavini vəzifəsindən azad edilmişdi.

