Biləsuvarda gənc intihar edib
Biləsuvar rayonunda intihar hadisəsi olub.
ARANTV.AZ-ın məlumatına görə, hadisə ötən gecə rayonun Bəydili kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1995-ci il təvəllüdlü M.Mirzəyev özünü yarımtikilidə asaraq intihar edib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

