Azərbaycan nümayəndə heyəti Rəisinin andiçmə mərasimində iştirak edəcək
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edəcək.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Abbas Musəvi İRNA-ya deyib.
Diplomat qeyd edib ki, nümayəndə heyətinin tərkibində baş nazirin müavini Şahin Mustafayev, Azərbaycan XİN müavini və bir neçə yüksək vəzifəli şəxslər olacaq.

