Təhsil naziri bu şagirdləri təbrik etdi
Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Olimpiadada yer tutan məktəbliləri təbrik edib.
ARANTV.AZ xəbər verir ki, nazir bununla bağlı “Facebook” profilində paylaşım edib.
“25 iyul – 2 avqust 2021-ci il tarixlərində onlayn formatda keçirilmiş məktəblilərin 53-cü Beynəlxalq Kimya Olimpiadasında (IChO 2021) Təhsil nazirliyinin tabeliyində olan Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Məhsəti Piriyeva, Astara rayonu Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin X sinif şagirdi Salman Hüseynov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Xanım Yaqublu və BDU-nun nəzdində “Gənc İstedadlar” liseyinin X sinif şagirdi Nəriman Şirinli bürünc medala layiq görülüblər.
Uğur qazanan məktəblilərimizi ürəkdən təbrik edir və onlara yeni nailiyyətlər arzu edirəm”, – deyə E.Əmrullayev vurğulayıb.

