Hadisə 

Bərdədə yol qəzasında bir nəfər həlak olub

Bərdə rayonunun Mirzəxan kənd sakini İ.Quliyevin idarə etdiyi “MTZ-80” markalı traktorla Ağdam rayon sakini T.Mehralıyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ARANTV.AZ-a verilən məlumata görə, nəticədə T.Mehrəliyevin sərnişini, Ağcabədi rayon sakini Rəmzi Babayev hadisə yerində həlak olub, özü isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Daha çox xəbərlər