Daşkəsəndə azyaşlını avtomaşın vurub
Daşkəsən rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Alışanlı Uğur Dilsuz oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

