Antalyada mingəçevirli şəhidlərin xatrəsinə ağaclar əkiləcək
Türkiyənin Antalya şəhərində son vətən müharibəsi iştirakçısı olan Mingəçevirli şəhidlərin şərəfinə 51 ağac əkiləcək.
Musavat.com-a verilən xəbərə görə, Bu addım Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Nümayəndəliyi Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbi kollektivinin təşəbbüsü ilə gerçəkləşib.
Kollektiv meşə yanğınlarından əziyyət çəkən Türkiyəli qardaşlarına dəstək məqsədilə bir ilkə imza atıb. Onlar topladıqları pul məbləğini Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin hesabına köçürərək meşələrin bərpasına dəstək nümayiş etdirib. Həmin vəsaitə son vətən müharibəsində şəhid olan mingəçevirli döyüşçülərin xatirəsini əziz tutaraq Antalya şəhərində yanmış meşə zolağında 51 ədəd ağac əkilməsi üçün vəsait köçürüblər.Təşəbbüs qardaş ölkədə məmnuniyyət qarşılanıb.

