Azərbaycan polisini hədəfə alan “feminist” trolların məntiqi ilə Almaniyada qadın qətllərinin əsas səbəbkarı polisdir
Azərbaycanda qadın qətllərində polisi günahlandıran feminist trol qrupları üçün qısa araşdırma aparmışıq. Bu araşdırmadan hər kəs görəcək ki, cəmiyyətimizə etalon olaraq sırınan Avropada qadın işgəncələri və qətlləri ilə bağlı vəziyyət necədir? Hətta, Qərbin polisləri bu qətllərdə hansı yeri tuturlar? Xüsusilə də, ictimaiyyətimiz bir daha biləcək ki, Azərbaycan polisini kim və nə üçün hədəfə alır?
Belə ki, bu gün Avropa İttifaqı ölkələrində 15 yaşdan yuxarı hər 3 qadından biri psixoloji, yaxud cinsi zorakılığa məruz qalır. Hər iki qadından biri cinsi istismara məruz qalır, yaxud qətlə yetirilir. Məsələn, Almaniyada hər 3 gündən bir 1 qadın qətlə yetirilir. Almaniyada hər il 140 mindən artıq qətl hadisəsi baş verir ki, onun da 81 faiz qurbanı qadınlar olur. Bu il ərzində isə yalnız ailə-məişət zorakılığı səbəbindən 117 qadın qətlə yetirilib. Onu da nəzərə alaq ki, bu gün Almaniyada ailə-məişət zorakılığı cinayət xarakterli hal hesab olunmur. Yalnız cinayət baş verdikdə polis işə qarışır. Azərbaycan feministlərinin məntiqi ilə Almaniya polisi qadın qətllərinin əsas səbəbkarıdır…
Avropada qadın zorakılığına və qətllərinə görə Fransa və Böyük Britaniya liderlik edir. Fransa Avropa İttifaqında qadın qətllərinə görə birinci yerdədir. Aİ Statistika xidmətinin məlumatına görə, Fransada hər il ən azı 600, Almaniyada 380, Böyük Britaniyada 227, İtaliyada 140, İspaniyada isə 120 qadın qətlə yetirilir. Bu ölüm hallarının 80 faizi də ailə-məişət zəminində baş verir. Qadınların zorlanması hallarına görə Böyük Britaniya Avropada lider ölkədir. Hər il burada 50 minədək, Fransada 15 min, Almaniyada 8 min, İsveçdə 7 min qadın zorlanır. Eyni zamanda, hər il Böyük Britaniyada 47 min, Almaniyada 25 min, Fransada 22 min, İsveçdə 11 min qadın zorakılığa məruz qalır. Təkcə Böyük Britaniyada hər il 2 milyon məişət zorakılığı hadisəsi qeydə alınır. Ötən il isə Britaniyada polisə məişət zorakılığı ilə əlaqədar 1.7 milyon şikayət daxil olub. İsveçdə isə ötən illərə nəzərən bu il cinsi və məişət zorakılığı 20 faiz artıb. Bütün dünyaya sosial dövlət nümunəsi kimi sırınan İsveçdə də ötən il 30 min qadın cinsi və məişət zorakılığına məruz qalıb.
Bir məqamı da diqqətə çatdıraq ki, Qərb ölkələrində qadın qətllərində bəzən polislərin də iştirakı qeydə alınır. Məsələn, elə bir neçə ay öncə Londonda qətlə yetirilən Sara Everardın ölümü də böyük rezonans doğurmuşdu. Çünki onun qatili 48 yaşlı polis idi. Gənc qadın evinə gedərkən onu izləyən polis zorakılığa məruz qoyduqdan sonra qətlə yetirmişdi. ABŞ-ın Corciya ştatında isə polisin də iştirak etdiyi qətl hadisəsində 8 qadın öldürülmüşdü. Kaliforniya ştatında isə bir avtobusda Oklend şəhər polisinin də iştirakı ilə baş vermiş atışmada 2 qadın öldürülmüş, 5 qadın isə yaralanmışdı.
Eyni zamanda, Avropa ölkələrində qadın zorlamaları və qətlləri ilə bağlı hüquqi nihilizm də hökm sürür. Məsələn, İspaniyada qadını qətlə yetirmiş 5 nəfər məhkəmə zalından azad edilmişdi. Hətta, 14 yaşlı qızı cinsi istismara məruz qoyan başqa 5 nəfərə isə sadəcə yüngül cəza verilmişdi.
Göründüyü kimi, Qərb ölkələrində, xüsusilə də Avropa İttifaqına daxil olan dövlətlərdə qadın zorakılığı və qətlləri sahəsində vəziyyət acınacaqlıdır. Bu, bir daha onu göstərir ki, gender problemləri siyasi deyil, sırf psixoloji xarakterlidir. Qadın qətllərini siyasiləşdirmək, bu hadisələrdə polisi günahlandırmaq istəyənlər isə Avropada daha böyük “balıq” tuta bilərlər. Elə bu, Azərbaycanda suyu bulandırmağa çalışan “feminist” trollara da aiddir. Əgər onların məqsədi həqiqətən də qadın qətllərinə etiraz etməkdirsə, buyursunlar Almaniyanı, Fransanı, Britaniyanı ittiham etsinlər, bu ölkələrin polislərini hədəfə alsınlar. Əgər buna cürətləri çatmırsa, demək ki, maliyyələri də, sifarişləri də məhz həmin məkanlardan gəlir…
Ramil Vəlibəyov

